Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 143.553 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Web of Spider-Man Vol 1 129-1.png
Hörümçək-adamMarvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.

Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Qəhrəmanlar güclərini birləşdirir.png
Qəhrəmanlar güclərini birləşdirirThe CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə Fleş teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün Ox teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan Sabahın əfsanələri teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / FleşOliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər.

Fleş Oxa qarşı adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar.

Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir. Növbəti il, Ox Kainatının “İşğal!” adlı üçüncü krossoveri təqdim edilmişdir.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Kronostki

HSCommons.svg Günün seçilmiş şəkli

Maximilianeum Munich at Night, March 2018.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Roksolana


Son ölümlər: Ozan Arif, Altay Hacıyev, Qordon Benks, Sergey Yurski, Vano Zodelava, Detsl

HSDagensdatum.svg Tarixdə bu gün — 15 fevral

15 fevral: Serbiya inqilabının başlaması, SSRİ qoşunlarının Əfqanıstandan çıxarılması
Ossiloqraf
  • 1804Serbiyada inqilab başlamışdır.
  • 1897 — Ferdinand Braun ossiloqrafın sxemini çap etdirmişdir.
  • 1922Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılmış, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlamışdır.
  • 1933 — Terrorçu Cüzeppe Zinqara ABŞ-ın yenicə seçilmiş prezidenti Franklin Ruzveltə qarşı sui-qəsd təşkil etmişdir.
  • 1961 — Brüssel yaxınlığında təyyarı qəzası baş vermişdir.
  • 1974Yaxın Şərqdə növbəti müharibə başlamış, müharibənin gedişində İsrail qüvvələri Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini işğal etmişdir. 1989SSRİ-nin "məhdud hərbi kontingenti"nin Əfqanıstandan çıxarılması prosesi başa çatmışdır.
  • Digər günlər: 14 fevral15 fevral16 fevral

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Petr Cech - Chelsea vs Bolton Wanderers (1).jpg
    Premyer Liqa Qızıl ƏlcəkPremyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004-05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013-14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-az.png Vikipediya digər dillərdə